Mühacirətdən Müsavata çağırış: Seçkini boykot edin

”Seçkidə iştirak edib, onu legitimləşdirməyin”

Source:
Ramiz Yunus
Ramiz Yunus
Ramiz Yunus
Ramiz Yunus


”Seçkidə iştirak edib, onu legitimləşdirməyin”

ABŞ-da mühacirətdə olan siyasi icmalçı Ramis Yunus müsavatçılara müraciət edib.

Ramis Yunus Müsavat Partiyası Ali Məclisinin fevralın 10-da keçiriləcək toplantısında prezident seçkisinin boykotuna çağırış edib:

“Hörmətli müsavatçılar! Əliyevlərin seçki prosesisini tamamilə aradan qaldırdığı, ölkədəki bütün seçkiləri əsl məzhəkəyə çevirdiyi bir zamanda müxalifətin məsuliyyəti kəskin şəkildə artır. Buna görə də, Müsavat Partiyasının mühacirətdən Vətənə dönməsinin təşkil edilməsinin başında duranlardan biri kimi, ölkəmiz və partiyamız üçün belə həlledici zamanda, partiya Məclisinin üzümüzə gələn şənbə keçiriləcək sessiyasına, bu seçki məzhəkəsində iştirak etməmək haqqında müraciət etməyi özümə mənəvi borc bildim”.

Ramis Yunus 15 il ABŞ-da yaşadığını xatırladaraq bildirib ki, Vaşinqtonda yüksək siyasi dairələrlə sıx əlaqələri var:

“Əminliklə bildirirəm ki, real müxalifətin bu seçki məzhəkəsində iştirakı, rəsmi Vaşinqtonun Əliyevlər rejiminə təzyiq etməsinə mane olacaq və həm də Bakı bizim iştirakımızdan öz legitimliyinin arqumentləşdirilməsində istifadə edəcək. ABŞ-da Azərbaycan iqtidarı ilə bağlı birmənalı mövqe var. Onun qeyri-legitim, repressiyaçı və oğru olduğunu hamı qəbul edir. Əlbəttə ki, hələlik ona qarşı sərt tədbirlərin görülməsi gündəmdə deyil. Bununla yanaşı, bu ölkənin prinsip və standartları Azərbaycanın iqtidar problemini tamamilə gözardı etməyə imkan vermir. Proseslər aşağı templə olsa da qəti mövqenin bildirilməsinə və tədbirlərin görülməsinə doğru gedir. Çünki Azərbaycan iqtidarının davranış və hərəkətləri, onun buradakı lobbisinin də əl-qolunu bağlayıb. Müdafiə üçün arqumentləri və izahları qalmayıb”.

O, növbədənkənar prezident seçkisinin ABŞ-ın diqqət mərkəzində olduğunu deyir:

“Azərbaycanın buradakı dostları hökumətdə, parlamentdə və ciddi QHT-lərdə ölkədə seçki mühitinin olmamasını əsas gətirərək, buna adekvat reaksiya istəyəcəklər. Azərbaycandakı demokratik siyasi təşkilatlar və fəallar da buna çalışmalıdırlar. Ona görə də özünə hörmət edən heç bir ciddi təşkilat, qələbə şansının sıfır olduğu bu qanunsuz seçkilərə qatılmamalıdır. Əks təqdirdə onlar, Azərbaycan iqtidarına və onun buradakı lobbiçilərinə ölkədə seçki mühitinin olmaması haqqında deyilənləri təkzib etməyə əsas vermiş olacaqlar. Bu gün heç vaxt olmadığı kimi, bütün şəxsi incikliklərin fövqündə dayanmağı və çətin anlarda müxalifətin birləşməyi bacardığını Azərbaycan cəmiyyətinə göstərmək lazımdır. Belə ki, Azərbaycan uçurumun kənarındadır və belə bir şəraitdə ölkə qarşısında məsuliyyətinizi yaddan çıxarmayın. Tarix bunu bizə bağışlamaz”.

Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən aprelin 11-də prezident seçkiləri keçiriləcək.

Yeni Azərbaycan Partiyası fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyini irəli

sürüb

.

İlham Əliyev 2003-cü ildən üç dəfə Azərbaycan prezidenti seçilib. Konstitusiyaya 2016-cı ildə edilən dəyişikliklər nəticəsində prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb.

Milli Şura və AXCP seçkini boykot

edib

.

Yanvar ayında Müsavat partiyası oktyabrda planlaşdırılan seçkilərdə iştirak üçün İsa Qəmbərin namizədliyini irəli sürmüşdü.

Müsavat Partiyasının Ali Məclisi fevralın 10-da növbədənkənar seçkidə iştirak edib etməmək haqda qərar verəcək.

Ana səhifəXəbərlərMühacirətdən Müsavata çağırış: Seçkini boykot edin