Müğənni Röyanın iş ortağına hökm oxundu

Dizayner dələduzluqda ittiham edilir

Source:


Dizayner dələduzluqda ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovaya hökm oxunub.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollarını, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib və S.Hüseynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsi və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

R.Ayxanla birgə işləmiş dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.

S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.

Ana səhifəXəbərlərMüğənni Röyanın iş ortağına hökm oxundu