Baloğlan Əşrəfov

Mənbə: Trend.az

Başlıq: Baloğlan Əşrəfov

Müğənni Baloğlan Əşrəfov vəfat edib

Məqalə yeniləndi:  27 Aprel 2021

O, 18 gündür koronavirusdan müalicə aldığını deyirdi

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusun qurbanı oldu. Bu barədə prodüsser Tolik kimi tanınan Tarix Əliyev məlumat yayıb. Bir gün öncə isə müğənni Meydan TV-yə açıqlamasında “On səkkiz gündür ki, ev şəraitində müalicə olunuram. Səhhətim normaldır. Özüm xəstəxanaya getmək istəmirəm. Tezliklə sağalacağıma inanıram”, - demişdi.

Sənətçi 1951-ci ildə Masallıda doğulub. O, uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. 2007-ci ildə azərbaycanlı iş adamı Mübariz Mənsimovun maddi yardımı ilə ona Türkiyədə qaraciyər köçürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ps987x

Ən çox baxılan