”Muğanbank”ın xəzinədarının məhkəmə istintaqı yekunlaşdı

”Əməkdaşımın dələduzluq etməsindən xəbərsiz olmuşam”

Source:


”Əməkdaşımın dələduzluq etməsindən xəbərsiz olmuşam”

Sentyabrın 5-də Bakı Ağır cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına  görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə bankın “Dostluq” filialının müdiri Samir Ələkbərov ifadə verib. O, əməkdaşının dələduzluq etməsindən xəbərsiz olduğunu deyib.

Təqsirləndirilən şəxs isə deyib ki, fiziki şəxslərin pulunu avtomobilinə qoyub. Həmin pullar isə avtomobilindən oğurlanıb.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

İttihama görə, A. Əliyev bir qrup vətəndaşın etibarından sui-istufadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın “Dostluq” filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəXəbərlər”Muğanbank”ın xəzinədarının məhkəmə istintaqı yekunlaşdı