Müəssisə və obyektlər siqaret çəkmək üçün yer ayırmalıdır

İctimai yerlərdə siqaret çəkmək qadağan ediləcək

Source:


İctimai yerlərdə siqaret çəkmək qadağan ediləcək

Mayın 16-da Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna əsasən, bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə, ticarət, məişət obyektləri, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidləri və s. yerlərdə siqaret çəkmək qadağandır. Ancaq bütün müəssisə və obyektlər siqaret çəkmək üçün xüsusi yerlər ayırmalıdırlar.

Layihə səsə qoyularaq ikinci oxunuşda, eyni zamanda əsas kimi qəbul edilib.

Ana səhifəXəbərlərMüəssisə və obyektlər siqaret çəkmək üçün yer ayırmalıdır