Müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb

İşə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib

Source:
foto: apa
foto: apa


İşə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib

Bu il müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, müəllimlərin işə qəbulu üzrə 31 779 nəfər elektron qeydiyyatdan keçib.


O bildirib ki, müsahibə mərhələsində namizədlərin psixoloji vəziyyəti qiymətləndirilib: “Mərkəzləşdirilmiş qaydada keçirilən işə qəbul üzrə müsabiqənin nəticəsində 1-ci mərhələdə 1827, əlavə yerləşdirmə ilə 538 nəfər, ümumilikdə isə 2 365 nəfər müəllim adını qazanıb”.

E. Bağırov qeyd edib ki, işə qəbul olanlardan 1800 nəfər kənd məktəblərində həvəsləndirmə tətbiq olunan vakant yerləri seçib.

Ana səhifəXəbərlərMüəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb