Müəllimlərin işə qəbul müsabiqəsi bitib

Müsahibədən uğurla keçənlər yerləşdirmədə iştirak edə bilərlər

Source:
Müəllimlik imtahanı, arxiv foto
Müəllimlik imtahanı, arxiv foto


Müsahibədən uğurla keçənlər yerləşdirmədə iştirak edə bilərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) bitib.

Məlumatı Təhsil Nazirliyi verib. Bildirilib ki, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazananlar sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabrda keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, office@edu.gov.az və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər.

Apelyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat da namizədin şəxsi səhifəsinə göndəriləcək.

Ana səhifəXəbərlərMüəllimlərin işə qəbul müsabiqəsi bitib