Hadisə Xırdalandakı 9 saylı məktəbdə baş verib
Təhsil Nazirliyində sosial şəbəkələrdə müəllimin şagirdi döyməsini əks etdirən video ilə bağlı araşdırma aparılır. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.
Sosial şəbəkələrdə yayılmış videonun Xırdalandakı 9 saylı məktəbdə baş verdiyi deyilir.