Müəllim işləmək istəyən 47 min nəfərə 8 min yerlik iş təklifi

Bu dəfə şagirdlər və tələbələr yox, müəllim işləmək istəyənlər imtahana çəkilib. 25 iyulda mərkəzləşdirilmiş qaydada keçirilən imtahana 8000 yer üçün 47000 namizəd müraciət edib. Boş iş yerlərinin əksəriyyəti bölgələrdə yerləşir. Səkkiz minə yaxın vakansiyanın yalnız 532-si Bakıya düşür. Rayonlarda dərs demək üçün keçid bal 36, şəhərdə işləmək üçün minimum 48 bal toplamaq lazımdır.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, orta məktəblərdə boş qalan iş yerləri gizlədilir. Amma mərkəzləşdirilmiş imtahanın keçirilməsi ilə direktorların kənardan müəllim işə qəbul etməsi azalıb.

Məktəblərdə boş qalan iş yerlərinin gizlədilməsi iddiasına Təhsil Nazirliyindən cavab almaq mümkün olmayıb.

Müəllimlik üçün imtahanlar isə mərhələli şəkildə avqustun 5-nə qədər davam edəcək.

Ana səhifəVideoMüəllim işləmək istəyən 47 min nəfərə 8 min yerlik iş təklifi