Müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat

Source: Спутник


COVID-19 vaksini və şprisləri vergidən azad edilir

Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Bununla bağlı Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq və ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Hesablama Palatasına 9.1 milyon manat ayrılacaq

“Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsinə əsasən, Hesablama Palatası Aparatının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) 2021-ci il üçün xərclər smetası 9 milyon 140 min 683 manat məbləğində müəyyənləşib:

Hesablama Palatası
Hesablama Palatası

– əməyin ödənişi üçün 8 milyon 216 min 309 manat

– malların satın alınması üçün 588 min 164 manat

– sosial ödənişlər üçün 129 min 500 manat

– qeyri-maliyyə aktivləri üçün 206 min 710 manat

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.


Milli Məclisdə əməyin ödənişi üçün 34,5 milyon manat nəzərdə tutulub

"Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsi də təsdiqlənib.

Layihəyə əsasən, gələn ili üçün Milli Məclisin xərclər smetası 42 milyon 270 min 400 manat nəzərdə tutulur:

Milli Məclis
Milli Məclis

– əməyin ödənişi üçün 34 milyon 492 min 90 manat,

– ştatda olan işçilərin əməkhaqqına 22 milyon 577 min 364 manat

– deputatların əməkhaqqına 5 milyon 382 min 624 manat

– ekspertlərin əməkhaqqına 7 milyon 680 min manat

– Milli Məclis Aparatı üzrə əməkhaqqına 7 milyon 671 min manat

– Deputat köməkçilərinin əməkhaqqına 2 milyon 250 min manat

– Milli Məclisin İşlər İdarəsi üzrə əməkhaqqına 4 milyon 587 min 720 manat

– dövlət qulluğu ilə əlaqədar əlavələrə 2 milyon 258 min 340 manat

– Ştatdan kənar işçilərin əməkhaqqına 37 min 800 manat

– əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə 4 milyon 971 min 140 manat

– əməkhaqqına görə ayırmalara 6 milyon 905 min 786 manat

– ezamiyyə xərcləri üçün 870 min manat

– nəqliyyat vasitələri üçün 300 min manat.


COVID-19 vaksini və şprisləri vergidən azad edilir

Vergi Məcəlləsinə dəyişiklik layihəsi isə II oxunuşda təsdiqlənib.

Dəyişikliyə əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində ƏDV-dən azad olunur.

Məcəlləyə dəyişiklik 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

vaksin-virus-corona-covid-19.jpg
COVİD-19 vaksin
Ana səhifəSosialMüddətli xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək