Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyində yeni dəyişikliklər (yenilənib)

Məqalə yeniləndi:  23 İyul 2021

Müdafiə nazirinin yeni müavinləri təyin edilib

Prezident İlham Əliyevin iyulun 23-də imzaladığı başqa bir sərəncamla general-leytenant Nizam Osmanov müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub. Buna qədər o, Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi idi.

General-mayor Ənvər Əfəndiyev də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib. O, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.

General-mayor Azər Əliyev Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Kənan Seyidov isə Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin ediliblər.

***

O, 2017-ci ildən Baş Qərargah rəisinin müavini idi

General-leytenant Ayaz Həsənov Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini, Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 23-də sərəncam imzalayıb.

Ayaz Həsənov 1972-ci ildə Şamaxı rayonunda anadan olub.

1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını bitirib.

Ayaz Həsənov

Ayaz Həsənov

Mənbə: Vikipedia

O, 2017-ci ildə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

2018-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parada komandanlıq edib.

2020-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/449caz

Ən çox baxılan