Müdafiə Nazirliyinin keçmiş bölmə müdiri haqqında həbs qərarı verilib

Foto: Müdafiə Nazirliyi

Rəhim Laçınov 3 maddə ilə təqsirli bilinir

Bakı Hərbi Məhkəməsi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov haqqında həbs qətimkan tədbiri seçib.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin Meydan TV-yə verdiyi məlumata görə, Rəhim Laçınov Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə, 32.5 (cinayətdə iştirakçılıq), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilir.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev. Foto: HP

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq”,-deyə Firad Əliyev əlavə edib.

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində həyata keçirdiyi əməliyyatlar nəticəsində qurumun Mənzil-İstismar İdarəsinin rəisi, polkovnik Fikrət Mirzəyevi həbs etmişdi. Rəhim Laçınov həmin işlə bağlı keçirilən məhkəmə prosesində şahid qismində ifadə verərək, bildimişdi ki, istintaqa ifadəsini təsdiqləyir.

O, istintaqda deyib ki, işi təmirə nəzarət etmək olub.

Onun sözlərinə görə, şirkətlərlə pul məsələlərini idarənin rəisi özü həll edirdi. Amma arabir Fikrət Mirzəyev özü gedə bilməyəndə onu göndərirdi, o da pulu alıb gətirir, rəisə çatdırırdı. Rəhim Laçınov məhkəmədə bildirib ki, gətirib verdiyi pulun sonradan kimə çatmasını görmürdü:

Həmin pulların sonra kimə çatdığını mən dəqiq bilməmişəm…”.

O, dindirmənin davamında deyib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və Baş Qərargah rəisi Nəcməddin Sadıkova müəyyən vəsait verildiyini eşitmişdi, amma dəqiq bilmir.

Məhkəmədə məlum olub ki, Rəhim Laçınov istintaqa ifadəsində adbaad, konkret rəqəmlərlə pullardan kimə nə qədər çatdığını göstərib.

Ana səhifəSiyasətMüdafiə Nazirliyinin keçmiş bölmə müdiri haqqında həbs qərarı verilib