Müdafiə Nazirliyi zabitlərin işdən çıxarılmasına aydınlıq gətirdi

“Yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur”

Source:

“Yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur”

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan kadr dəyişiklikləri ilə bağlı rəsmi açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur:

“Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdarlıq olunub. Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik”.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi zabitlərin işdən çıxarılmasına aydınlıq gətirdi