Mənbə: Meydan TV

Müdafiə Nazirliyi: Ermənistana məxsus daha bir PUA vurulub (Yenilənir)

Məqalə yeniləndi:  21 Oktyabr 2020

16:00. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, oktyabrın 20-də və 21-də Sergey Lavrov Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirib.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, - məlumatında qeyd olunub.***

13.45. Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Azərbaycan ordusu tərəfindən vurulub.

Məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

"Oktyabrın 21-də saat 12.00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib", - xəbərdə bildirilir.

***

13.15. Rusiya Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ problemini müzakirə etmək üçün Moskvada görüşmək istəyini alqışlayır. Bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Xəbəri "TASS" agentliyi yayıb.

***

12.21. Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri öldürülüb.

Məlumatı “Novosti Armeniya” Ermənistanın Müdafiə Nazirliyinə istinadən yayıb.

“Açıqlamaya əsasən, öldürülın zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan”.

Sergey Lavrov və Ceyhun Bayramov

Sergey Lavrov və Ceyhun Bayramov

Mənbə: Reuters

***

12.06. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 21-də Moskvaya gedib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb:

"Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib".

***

Erməni ordusunun artilleriyadan istifadə etdiyi bildirilir

Oktyabrın 21-i səhərdən Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunu atəşə tuturlar.

Məlumatı Azərbayan Müdafiə Nazirliyi yayıb.

“Səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini artilleriya qurğularından atəşə tutur”, - məlumatda bildirilir.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb. Belə ki, oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına "Skad” (Scud) ballistik raketi ilə zərbə endirilib.

Tərtər

Tərtər

Mənbə: Meydan TV

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Son raket zərbəsi nəticəsində isə 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.

Oktyabrın 18-i saat 00:00-dan isə etibarən Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunub.

Tərtər

Tərtər

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/75rgcd

Ən çox baxılan