“Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb”.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə
deyilir
.
Bildirilir ki, sentyabrın 3-də saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsiz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrdən birinin mövqeyi atəşə tutulub. Qarşı tərəfin itkilər verərək susdurulduğu bildirilir.
Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Ermənistan tərəfi isə xəbəri
təkzib edib
.