Müdafiə Nazirliyi: ””Odundağ” yüksəkliyi ordumuzun nəzarətinə keçib”

“Yüksəklik taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”

Source:


“Yüksəklik taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”

Azərbaycan Müdafiə Nazirliyi “Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: ””Odundağ” yüksəkliyi ordumuzun nəzarətinə keçib”