Müdafiə Nazirliyi

Mənbə: Müdafiə Nazirliyi

Başlıq: Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: Naxçıvan atəşə tutulub, Azərbaycan əsgəri yaralanıb (yenilənib)

Məqalə yeniləndi:  28 May 2021

13.08. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib.

Məlumatı "Sputnik Armeniya" yayıb.

"Bu yalan və dezinformasiyadır, belə bir şey olmayıb", - deyə nazirlik bildirib.

Ermənistan tərəfi deyib ki, Azərbaycan hərbçisinin xəsarət almasının səbəblərini Silahlı Qüvvələrin hərbi qulluqçularının şəxsiyyətlərarası münasibətləri və nizam-intizamı ilə bağlı problemlərdə axtarmaq lazımdır.

***

"Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur"

Mayın 27-dən 28-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.

Nəticədə hərbi qulluqçu əsgər Elxan Muradov çiynindən yaralanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Elxan Muradova dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edildiyini vurğulayıb: "Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur".

Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəfi susdurduğunu qeyd edib.

Bildirib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  28 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/57u4om

Ən çox baxılan