8 nəfərin itkin düşdüyü bildirilir
Azərbaycan Müdafiə Nazirliyi rəsmi saytnda II Qarabağ savaşında həlak olan hərbçilərin növbəti
siyahısını yayıb.
Siyahıda iyunun 30-dək dəfn edilən 2906 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi əksini tapıb.
Nazirlik itkin hesab edilən 8 nəfərlə bağlı eyni məlumatları da paylaşıb.
Bildirilir ki, itkin düşən hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Siyahı iyun ayında üçüncü dəfədir yenilənir.
İyunun 2-də və 14-də Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olan və itkin düşən hərbi qulluqçuların yeni siyahılarını yaymışdı.