”Ermənistanın təxribat qrupunun üzvü məhv edilib”, – məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, avqustun 8-də, gündüz cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək istəyib:
”Mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir”.