Müdafiə Nazirliyi: Kəlbəcərdə itkin düşən hərbçilərdən üçü tapılıb

Foto: Müdafiə Nazirliyi

Baş leytenantın axtarışı davam edir

Kəlbəcər rayonununda itkin düşən 4 hərbçidən 3-ü tapılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik hərbçilərin itkin düşməsini hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbi ilə əlaqələndirir:

“Kəlbəcər rayonunun Alagöllər sahəsində baş leytenant Fuad Bağırov, kiçik çavuş Cavad Hüseynov, əsgərlər Maşallah Hüseynov və Yasin Kərimov ərazidə istiqaməti itirərək azıb”.

Bildirilib ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş Cavad Hüseynov, əsgərlər Maşallah Hüseynov və Yasin Kərimov tapılıb:
“Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb”.

Ancaq baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirlərinin hələ davam etdirildiyi deyilir.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Kəlbəcərdə itkin düşən hərbçilərdən üçü tapılıb