Müdafiə Nazirliyi: Kabildəki azərbaycanlı sülhməramlılar üçün hər hansı təhlükə yoxdur

“120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə hava limanının təhlükəsizliyini təmin edir”

Source: MN


"120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə hava limanının təhlükəsizliyini təmin edir"

"Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik yoxdur".

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada belə

deyilir

.

Bildirilir ki, bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir: “Onların həyatı üçün hər hansı təhlükə yoxdur”.

Ancaq Əfqanıstanın Silahlı Qüvvələrinə məxsus təyyarə Özbəkistanda qəzaya uğrayıb.

"RİA Novosti" yazır ki, hadisə Surxandərya vilayətində qeydə alınıb və nəticədə 2 nəfər yaralanıb.

Hərbçilər Tirmiz şəhərindəki xəstəxanaya yerləşdirilib. Yaralıların paraşütlə eniş etdiyi ehtimal olunur.

Almaniyanın federal kansleri Angela Merkel Əfqanıstanda son həftədə baş verən hadisələri domino effekti ilə müqayisə

edib

.

Deyib ki, Almaniya vətəndaşları Əfqanıstandan təcili şəkildə çıxarılmalıdır.

Böyük Britaniyanın Baş naziri Boris Conson isə beynəlxalq təşkilatları Əfqanıstanla bağlı toplantı keçirməyə çağırıb.

“Reuters” xəbər verir ki, Consonun BMT Təhlükəsizlik Şurası və NATO-nu Əfqanıstandakı vəziyyəti müzakirə etmək və beynəlxalq diskussiyalar başlatmağa, bunun üçün toplantının təşkili ilə bağlı ən yüksək səviyyədə addımlar atmağa çağırdığı qeyd olunub.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Kabildəki azərbaycanlı sülhməramlılar üçün hər hansı təhlükə yoxdur