Müdafiə Nazirliyi: İyulun 12 və 13-də Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

“Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib”.

Foto: Müdafiə Nazirliyi


“Ara boşluğunda olan 5 hektara qədər ərazi yanıb”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərini atəşə tutduğu bildirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bildirilib ki, qarşı tərəf iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Azərbaycanın Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərini atəşə tutub:

“Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib”.

Müdafiə Nazirliyi qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu qeyd edib.

“Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır”, – məlumatda deyilir.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mövqelərini atəşə tutub. Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 4 əsgərinin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Nazirlik sonradan həkimlərin səyinə baxmayaraq, yaralılardan birinin həyatını itirdiyini bildirib.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın öz itkilərini gizlətdiyini deyib. İyulun 13-də günün ikinci yarısında Ermənistan tərəfi məlumat yayıb və bildirib ki, 3 hərbi qulluqçusu yaralanıb.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: İyulun 12 və 13-də Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub