Müdafiə Nazirliyi intihar edən zabit haqqında bəyanat yayıb

“Göstərilən tarixlərdən göründüyü kimi mərhum Natiq Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib”

Source:


“Göstərilən tarixlərdən göründüyü kimi mərhum Natiq Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib”

Aprelin 8-də Azərbaycan Müdafiə Nazirliyi (MN) özünü asaraq intihar edən Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Balıyevlə bağlı məlumat yayıb.

MN-nin saytına qoyulan məlumatda olayla bağlı cinayət işi başlandığı və Hərbi Prokurorluğun  araşdırma apardığını bəyan edilir. Nazirlik bildirir ki, KİV-də yayılan məlumatlarda polkovnik-leytnantın ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur: “Mərhum Natiq Balıyev 12.07.2013-cü il tarixində Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub, xidməti nəzərə alınaraq ona 11.01.2014-cü ildə növbəti “polkovnik-leytenant” hərbi rütbəsi verilib. Eyni zamanda, polkovnik-leytenant nazirlik tərəfindən 22.01.2014-cü tarixdə Bakı şəhərində 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib. Beləliklə, göstərilən tarixlərdən göründüyü kimi mərhum N.Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib”.

Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi intihar edən zabit haqqında bəyanat yayıb