döyüş bölgəsi

Mənbə: Meydan TV

Başlıq: döyüş bölgəsi

Müdafiə Nazirliyi: Üç hərbçimiz şəhid oldu (yenilənib)

Məqalə yeniləndi:  12 İyul 2020

***

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Azərbaycanən Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub: “Azərbaycan ordusu adekvat cavab tədbirləri həyata keçirir”.

***

Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən atışma nəticəsində həlak olan hərbçilərin adlarını açıqlayıb.

“Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub”, - deyə nazirliyin məlumatında bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, həlak olan hərbçi Elşad Məmmədov həm də Tovuzun Ağdam kəndinin sakinidir. Həlak olan digər hərbçi , 1987-ci il təvəllüdlü Vüqar Sadıqov isə Ağstafanın Yuxarı Göycəli kənd sakinidir.

***

5 əsgərin yaralandığı bildirilir

Tovuz istiqamətində edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri iki əsgərini itirib, 5 nəfər yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib:

“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin atəşkəsi pozduğunu, itkilər verərək geri çəkildiyini deyir. Ermənistan tərəf itki vermədiyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  12 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1rzjeb

Ən çox baxılan