“Sərhədsiz Reportyorlar” təşkilatı: Xankəndində 80 yerli və xarici jurnalist qalıb (yenilənir)

Nazirlik bu gün səhər saat 07:50-də Ağcabədinin Qiyaməddinli kəndinə qarşı tərəfdən 4 ədəd mərmi atıldığını qeyd edib.

Source: https://ru.armeniasputnik.am/


16.25.


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatının son açıqlamasına münasibət bildirib.


Hikmət Hacıyev “Twitter” səhifəsində xatırladıb ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır:


“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi”.


Hikmət Hacıyev deyib ki, Xankəndindən Ermənistana iki yol var:


“Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”.


***


16.08.


"Sərhədsiz Reportyorlar" təşkilatı Xankəndində 80 yerli və xarici jurnalistin qaldığın açıqlayıb.


Bu barədə təşkilatn "Twitter" hesabında məlumat yayılıb.


Qurum bildirir ki, bu jurnalistlər Azərbaycan qüvvələrinin atəşi altında həyatlarını riskə atmadan Ermənistana gedə bilməzlər.


Təşkilat BMT və ATƏT-ə müraciət edərək onları Azərbaycanın mülki şəxslərin təxliyə edilməsinə imkan verməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.

***


15.50.


Azərbaycanın rayonları artilleriya atəşinə tutulur


Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.


Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.


“Report”un məlumatında isə deyilir ki, səhər saatlarından başlayaraq Tərtər rayon ərazisinə ümumilikdə 16 top mərmisi atılıb, ölən və yaralanan olmayıb.

***


14.10.


Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Stepanekertin (Xankəndi) “meri” David Sarkisyan “Sputnik armenia”



saytı



na şəhərdə qalan əhalinin sayından danışıb.


O deyib ki, dinc dövrlərdə şəhərdə 56 min nəfərə yaxın insan yaşayırdı. Hazırda şəhərdə əhalinin 30 faizi qalıb, digərləri Ermənistana köçüb:


“Azərbaycan Silahlı Qüvvələrinin davam edən bombardmanlarına baxmayaraq, Dağlıq Qarabağın paytaxtı Stepanakertdə 17 min nəfər əhali qalıb. Onlar bomba əleyhinə sığınacaqlarda yaşayır”.


O əlavə edib ki, paytaxtda uşaqlar da var.


David Sarkisyan bildirib ki, şəhərdə hərəkət məhdudlaşdırıldığından yerli hakimiyyət əhalinin ərzaqla təminatı məsələləri ilə məşğul olur: “Qış fəsli yaxınlaşdığından Stepanakert meriyası əgər əhali istəsə, onların şəhərdən təxliyyəsini təşkil etməyə hazırdır”.


D.Sarkisyanın sözlərinə görə, çərşənbə günü Qarabağın “paytaxtı” pilotsuz uçuş aparatlarından da atəşə tutulub.


Sayt yazır ki, çərşənbə günü şəhərin yaşayış məhəllələrinə 120 mm kalibrli minaatanlardan zərbələr endirilib, bir dinc sakin yaralanıb:


“Son məlumatlara görə, Dağlıq Qarabağın mülki əhalisi arasında ölənlərin sayı 46-ya yüksəlib, onlardan 10-u Stepanaketdə həlak olub. 144 nəfər yaralanıb”.

***


"Ağcabədinin Qiyaməddinli kəndinə də 4 ədəd mərmi atılıb"

Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtərin yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaylb.

Nazirlik bu gün səhər saat 07:50-də Ağcabədinin Qiyaməddinli kəndinə qarşı tərəfdən 4 ədəd mərmi atıldığını qeyd edib.

Məlumatda qeyd olunub ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələri fasilələrlə atəşə tutulub.

Ana səhifəSiyasət“Sərhədsiz Reportyorlar” təşkilatı: Xankəndində 80 yerli və xarici jurnalist qalıb (yenilənir)