***
Ermənistan mediası “Dağlıq Qarabağ Respublikasının
Müdafiə Nazirliyi
” nə istinadən Azərbaycan MN-nin məlumatını təsdiqləyib.
Ermənistan mediası yaralıların olduğunu bildiririr. Onlar 1969-cu il təvəllüdlü Robert Kasparyan, 1997-ci il təvəllüdlü Ambarsum Arutyan və 1998-ci il təvəllüdlü Vaqe Bədəlyandır.
Qarşı tərəf Azərbaycanın səhər saat 7-dən atəşi pozduğunu iddia edir.
***
”Tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi öldürülüb, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb”
Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub. Nəticədə Ermənistan tərəfi ağır itkilərə məruz qalıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. “Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.
Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub- məlumatda bildirilir.
O da qeyd olunur ki, cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunların həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, Ermənistan tərəfin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi öldürülüb, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
“Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır” – məlumatda deyilir.
Ermənistan mediası bu barədə məlumat verməyib. Yalnız Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikanı əhalinin yaşadığı əraziyə yerləşdirdiyi iddia edilir.