İnsident Füzuli rayonu istiqamətində baş verib
Ermənistanın “news.am” saytı hərbi qulluqçu Ayk Kələntəryanın atəşkəs rejiminin pozulması nəticəsində həlak olması barədə məlumat
yayıb
. Bildirilir ki, hadisə fevralın 7-də, saat 13:50-də baş verib.
Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumata mübasibət bildirib.
MN-dən bildirilir ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı tərəfin növbəti təxribat cəhdinin qarşısı alınıb. Nəticədə Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu öldürülüb, 2 hərbçisi isə ağır yaralanıb.
“Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir”- məlumatda bildirilir.