Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

“Raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır”

Source:


“Raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır”

“Ermənistan müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı  diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə, Silahlı  Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır”.

Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin bəyanatındandır.

MN bildirir ki, Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir: “Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır”.

Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi