“Xəbərdə adıçəkilən Elnur Hüseynzadə hazırda hərbi xidmətdə deyil”
“Fevralın 1-də Azərbaycan Silahlı Qüvvələri bölmələrinin cəbhə xəttində təxribat törətməsi və itki verməsi barədə erməni tərəfin yaydığı xəbər yalandır”, – Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Məlumatda cəbhə xəttində heç bir aktiv döyüş toqquşmasının olmadığı bildirilir:
“Xəbərdə adıçəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil”.
Fevralın 1-də Ermənistanın “news.am” saytı cəbhə xəttində gərginlik yaşandığını, təxribatı Azərbaycan tərəfinin törətdiyini yazmışdı. Saytın bildirməsinə görə, nəticədə Azərbaycanın əsgəri, Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Hüseynzadə əsir götürülüb.