”Qarşı tərəfin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq”
Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qarşı tərəfin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri sıradan çıxarılıb: “Nəticədə Ermənistan ordusunun təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib”.
Müdafiə Nazirliyi xəbərdar edir ki, qarşı tərəfin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.