Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki vəziyyəti gərginləşdirir

Təmas xəttində iri silahlar işə düşüb

Source:


Təmas xəttində iri silahlar işə düşüb

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”, – Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, Ermənistan tərəfi cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Məlumata görə, aprelin 6-sı günorta saatlarında qarşı tərəfin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar:

“Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Ermənistan cəbhədəki vəziyyəti gərginləşdirir