16.47.
Müdafiə Nazirliyi:
Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə vurulub.
***
16.04.
Müdafiə Nazirliyi hazırda Ermənistan silahlı qüvvələrinin Mingəçevir, Ağcabədi Bərdə və Ağdam rayonlarının ərazilərini atəşə tutduğu haqqında məlumat yayıb.
***
12.50.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 164 nəfər isə xəsarət alıb”.
Məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb.
Prokurorluqdan bildirilib ki, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1054 ev, 142 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.
***
Ermənistan Müdafiə Nazirliyi: "26 hərbçimiz həlak olub"
“Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib”.
Məlumatı Azərbaycan Müdafiə Nazirliyi
yayıb
.
Nazirlik deyib ki, Azərbaycan Ordusunun atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb:
“Binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan yaralanıb. Alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu ölüb”.
Nazirlik əlavə edib ki, Azərbaycan Ordusu həm də Xankəndi şəhərinə atəş açıb:
“Ermənistan tərəf ağır itki verib və bəzi hərbi hissələrini təxliyə edib. Dünən gün ərzində və ötən gecə ümumilikdə qarşı tərəfin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə vurulub. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib”.
Məlumatda həm də Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutduğu da deyilir:
“Azərbaycan ordusu adekvat tədbirlər görür”.
Hərbi texnika itkisi ilə bağlı Ermənistan tərəfi hər hansı açıqlama verməyib. Ancaq Ermənistan Müdafiə Nazirliyi oktyabrın 9-da 26 hərbçisinin həlak olması barədə məlumat
yayıb
. Onların 18 nəfəri 2000-2001-ci ildə doğulanlardır.