Müdafiə Nazirliyi: Ermənilərin 3 silah anbarı məhv edilib, tabor komandiri öldürülüb (yenilənir)

“Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək”.

Source: Архив


16.18.


Sentyabrın 28-də Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirdiyi



bildirilir



.


Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, artilleriyaçılar erməni hərbi bölmələrinin yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edib.


“Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir”, – məlumatda deyilir.

***


16.04.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşa bilər.


“Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək”, – deyə Ərdoğan bildirib.


O deyib ki, bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana artıq son verilməlidir: “Artıq hesab verməyin vaxtı gəlib çatıb. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalıb. Davam edən proseslər bölgədə nüfuz sahibi bütün ölkələrə real və ədalətli həll metodlarını işə salmaq üçün bir fürsət yaradıb”.


***



16.01.



Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi isə 28 hərbçi itirdikləri haqda məlumat



yayıb



.


Ölənlərdən 13 nəfəri 2000-ci ildən sonra doğulanlardır.

***


14.35.


Sentyabrın 28-də, saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub.


Məlumatı Respublika Prokurorluğu



yayıb



. Bildirilir ki, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.


Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

***


13.07.


ABŞ səfirliyi hərbi əməliyyatlardan narahat olduqlarını deyir


“Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir”.


Bu açıqlama ABŞ-nın Azərbaycandakıə səfirliyinin 28 sentyabrda yaydığı bəyanatda yer alıb.


Bəyanatda Vaşinqtonun şiddətin artmasını ən sərt şəkildə qınandığı deyilir, eyni zamanda Dövlət katibinin birinci müavini Stiven Biqan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla əlaqə saxladığı qeyd olunub:


“Stiven Biqan hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırdı”.


“ABŞ kənar qüvvələrin təsiri ilə artan şiddətdə iştirakın faydasız olacağını və regional gərginliyi daha da artıracağını düşünür. Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır”, – deyə bəyanatda bildirilib.

***


13.03.


Sentyabrın 28-də qrad qurğulaından açılmış atəş nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Coşqun Ənvər oğlu Paşayev həlak olub.


Məlumatı Azərbaycanın Baş Prokurorluğu yayıb.


***


12.28.


Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki Şair Ramaldanov dövlət başçısının 28 sentyabrda qismən səfərbərlik haqda sərəncamını Meydan TV-yə şərh edib.


Ş.Ramaldanov bidiririb ki, sərəncamda yer alan “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsi” ifadəsi məlum quruma aiddir:


“Əvvəllər bu xidmət Müdafiə Nazirliyinə tabeydi. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil qurum olduğundan daxili normativ aktları var, güman ki, sərəncamın birinci bəndi həmin aktların həyata keçirilməsini özündə ehtiva edir”.


Hərbi jurnalist Üzeyr Cəfərov “qismən səfərbərlik özündə nələri ehtiva edir” sualına belə cavab verib:


“Bu sərəncamdan sonra Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırıq verəcək ki, 100 tankçı lazımdır, 100 rabitəçi, 100 tibb işçisi lazımdır. Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olanları seçib nazirliyə göndərəcək”.

***


12.11.


Fransa Prezidenti ölkəsinin Qarabağda gedən savaşdan narahat olduğunu deyib


Sentyabrın 27-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.


Məlumatı “Azərtac” yayıb.


Məlumata görə, Fransa Prezidenti deyib ki, ölkəsi Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən narahatdır. Fransa Prezidenti münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.


“Azərbaycan dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də bildirilib”, – məlumatda deyilir.


Tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.

Makron və Əliyev
E.Makron və İ.Əliyev

***


12.03.


Tramp: Azərbaycan-Ermənistan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacağıq


ABŞ Prezidenti Donald Tramp sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.


“Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi”, – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.

Donald Tramp, foto: CDN
D.Tramp

***


11.31.


Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.Məlumatı prezident.az



yayıb



.


"1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.


  1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

***


10.57.


“DQR”: 16 erməni hərbçi öldürüldüAzərbaycanın işğal olunmuş ərazilərində yaradılmış


“Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi sentyabrın 27-də olan döyüşlərin nəticəsini



açıqlayıb



.


Qurum döyüş zamanı 16 erməni hərbçisinin öldürüldüyünü deyib və onların adlarını yayıb.


“Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Artsaxda (Qarabağ) təmas xətti boyunca raket, top və aviasiya istifadə edərək genişmiqyaslı hücuma başladı. Artsax Müdafiə Ordusunun mövqelərinə və Stepanakert (Xankəndi) də daxil olmaqla dinc yaşayış məntəqələrinə zərbə endirdi”, – məlumatda qeyd olunub.

***


Nazirlik qarşı tərəfin məlumatlarını yalanlayır

“Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusunun 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var”.

Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 27-də baş verən döyüşlərin nəticəsini

açıqlayıb

.

Nazirlik bildirir ki, müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib. Talış kəndi istiqamətində gedən döyüşlərdə desant həmlə taborunun komandiri podpolkovnik Lernik Vardanyan öldürülüb, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.Nazirlik onu da bəyan edib ki, Ermənistan rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir.

Müdafiə Nazirliyi sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulduğu haqqında da məlumat

yayıb

:

“Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək”.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Ermənilərin 3 silah anbarı məhv edilib, tabor komandiri öldürülüb (yenilənir)