Müdafiə Nazirliyi Dövlət Departamentini qeyri-konstruktivlikdə ittiham etdi

“ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir”

Source:


“ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir

Azərbaycan Müdafiə Nazirliyi Pentaqonla əlaqələri bərpa edir. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, ABŞ Dövlət Departamentinin “qeyri-konstruktiv” siyasətinə baxmayaraq, hərbi idarələr arasında bərpa olunur.

“Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.  ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir.

Dövlət Departamenti tərəfindən provokasiya xarakterli yazılar və fəaliyyətlər Azərbaycana 1-ci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir”, –  məlumatda qeyd edilib.

Sonra məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov ABŞ-nın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüfləndiyini bildirib.

“ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi çıxış etməkdə davam edir və Əfqanıstanda həvalə olunmuş missiyanı uğurla yerinə yetirir”, – N.Sadıqov vurğulayıb.

Söhbətin sonunda N.Sadıqov Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.

O ümidvar olduğunu bildirib ki, bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdləri təkrarlanmayacaq, hərbçilə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlar və ölkələrimiz arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılacaq.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi Dövlət Departamentini qeyri-konstruktivlikdə ittiham etdi