Müdafiə Nazirliyi: Dekabrın 15-dək şəhid olan 2756 hərbçi dəfn edilib

Müdafiə Nazirliyinin rəsmi yaydığı məlumata görə, müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Foto: Müdafiə Nazirliyi


İtkin düşmüş hərbçilərlə bağlı axtarışların davam etdiyi bildirilir

Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ savaşında həlak olan hərbçilərlə bağlı növbəti

məlumat

yayıb.

Nazirlik bildirib ki, dekabrın 15-dək 2756 hərbçi dəfn edilib: “Bu, 2783 nəfər şəhid olan hərbi qulluqçular barədə 3 dekabr tarixli məlumatına əlavə sayılmalıdır. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Bu haqda ictimaiyyətə mütəmadi əsasda məlumat veriləcək”.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın

3



8

-də II Qarabağ Müharibəsində həlak olanların siyahısını yayıb.

Müdafiə Nazirliyinin rəsmi yaydığı məlumata görə, müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur.

Nazirlik onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlərin gördüyünü açıqlayıb.

Bildirilir ki, hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Dekabrın 15-dək şəhid olan 2756 hərbçi dəfn edilib