Müdafiə Nazirliyi: Azərbaycan ordusu Kəlbəcərə girdi

“Dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir”

Source: Meydan Tv


“Dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir”

Azərbaycan ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Kəlbəcər rayonuna daxil olub. Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub.

“Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq”, – məlumatda deyilir. Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Kəlbəcər rayonu 1930-cu ildə inzibati rayon statusu alıb. Rayonun 1 qəsəbəsi və 145 kəndi var. Kəlbəcər sahəsinə görə Azərbaycanda ən böyük rayondur.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Azərbaycan ordusu Kəlbəcərə girdi