MN: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib (yenilənir)

“Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb”.

Source: Anadolu Ajansı


20.21.


Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Elbrus İsa oğlu Qurbanov və onun 4 ailə üzvü həlak olub.


Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda belə



deyilir



.


Hadisə ilə bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***


20.09.


Sentyabrın 27-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.


Telefon danışığının erməni tərəfinin təşəbbüsüylə baş tutduğu qeyd olunub.


Məlumatl Kremlin mətbuat xidməti



yayıb



.


Bildirilib ki, tərəflər Dağlıq Qarabağ bölgəsində situasiyanın gözlənilmədən dəyişməsini müzakirə ediblər:


“Rusiya tərəfi irimiqyaslı silahlı toqquşmaların yenidən başlamasından ciddi narahatlığını dilə gətirdi. İndi qarşıdurmanın daha da artmasının qarşısını almaq üçün bütün lazımi səyləri göstərməyin vacib olduğu və ən əsası döyüş əməliyyatlarını dayandırmaq lazım olduğu qeyd edildi”.

***


18.22.


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan deyib ki, ölkəsi 16 hərbi itkiyə, 100-dən çox yaralıya məruz qalıb.


Azərbaycan Baş Prokurorluğu 27 sentyabrda atəşkəsin pozulması nəticəsində mülki əhalidən 14 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və onların xəstəxanalara yerləşdirildiyi haqda məlumat yayıb. Bildirilib ki, Ermənistan Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib. Həmçinin, xırda və iribuynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilib:


"Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilib".


Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın “prezident”inin mətbuat katibi Baqram Poqosyan isə



deyib



ki, Azərbaycan tərəfinin atəşi nəticəsində onlarla yaralı var.


Onun sözlərinə görə, atəş iki nəfər Martuni (Xocavənd) rayon sakininin – 9 yaşlı qızın və nənəsinin həyatına son qoyub.

***


17.48.


Demokratiya və Rifah Hərəkatının sədri, əslən Füzuli rayonundan olan Qubad İbadoğlu Meydan TV-yə deyib ki, Füzuli, hətta Cəbrayıldan da əraziləri erməni işğalçılarından təmizlənməsi, azad olunmuş kəndlər və yüksəkliklər Azərbaycan ordusuna daha geniş ərazilərə və strateji baxımdan əhəmiyyətli olan obyektlərə nəzarət imkanları yaradır:


“Milli orduda ruh yüksəkliyini və döyüş əzmini artırır. Erməni ordusunun itkilərinin çoxalması, ərazilərə nəzarətin itirilməsi, silahlarını və döyüş sursatlarını itirməi onların mövqelərini zəiflədir, erməni ordusunda çaşqınlıq yaradır. Əsas odur ki, ordumuz irəliləyir, dayanmır və yeni əraziləri işğaldan azad etmək üçün doyüşür”.


Qubad İbadoğlu deyib ki, Azərbaycan ordusu Füzuli rayonu ərazisinə irəlilədikcə, daha yüksək imkanlara malik olur:


“Rayonun özü yüksəkliklərdən aşağıda yerləşir. Həmin kəndlərin azad olunması rayonun nəzarətə götürülməsi deməkdir. Bu mənada yüksəkliklərin alınması şəhərə nəzarətə imkanı verir və işğalçıların orda qalmasını qeyri-mümkün edir. Düzdür, işğalçıların Füzuli rayonuna arxa tərəfdən, Məngələatandan nəzarət etməsi mümkündür. Amma düşünürəm ki, uğurlu qələbə Məngələatanın azad edilməsinə gətirəcək. İkinci, həmin kəndlərin azad edilməsi Füzuli ilə Martuni və eyni zamanda, Füzuli ilə Hadrut arasındakı yollara nəzarət imkanı yaradır. Həm də ermənilərin Füzulidə yerləşdirdiyi hərbi hissələri və qarnizonları təhlükə altına alır”.

***


16.40.


Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat



yayıb



.

***


16.34.


ATƏT-in hazırkı sədri, Albaniyanın Xarici işlər naziri Edi Rama Dağlıq Qarabağda hərbi əməliyyatların təcili dayandırılmasına çağırıb.


Rusiyanın SİTA agentliyi ATƏT-ə istinadən məlumat


yayıb.


O bildirib ki, itkilərin sayı artmadıqca, tərəflər təcili atəşkəs rejiminə keçməlidir. Edi Rama ərazidəki nümayəndəsi Anji Kaspşikin tərəflərlə təmasda olduğunu da əlavə edib.

***


15.53.


Azərbaycan ordusunun polkovnik-leytenantı Mehman Mirəziz oğlu Şirvanov həlak olub.


Bu barədə Mehman Şirvanovun qohumu jurnalist Azər Kazımzadə “Facebook” səhifəsində məlumat yayıb.


Mehman Şirvanov 1980-ci ildə Lənkəranda doğulub. Qohumu hərbçinin cənazəsinin bir neçə saatdan sonra rayona gətiriləcəyini deyir.

Copy of untitled9.png
Mehman Mirəziz oğlu Şirvanov

***


15.44.


Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin 6 kəndin azad olunması xəbərini təkzi edib.


Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin 6 kəndin azad olunması xəbəri doğru deyil: “Bu, Azərbaycan tərəfinin növbəti təbliğat maşınının təxribatıdır”.

***


13.35.


Ermənistan ordusu 10 hərbçisini itirib.


Bu barədə Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının katibi Samvel Babayan məlumat



yayıb



.


“Artsax istiqamətindəki döyüş əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 10 hərbçisi öldürüldü. 10 qurbanımız var. Söhbət ordudan gedir. Mülki yaralılarımız var, yaralılar arasında övladlarımız var", – deyən S.Babayan günün sonunda əhatəli açıqlama verəcəyini bildirib.


O bildirib ki, erməni tərəfi 4-5 mövqe itirdi, lakin onları bərpa etmək imkanları var.

***


13.13.


Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Məlumatı Ermənistan mediası yayıb. Milli Təhlükəsizlik Şurasının iclasından sonra hökumətin toplantısı keçirilib. İclasda Ermənistan hökuməti hərbi vəziyyət və səfərbərlik elan edib.

***


11.46.


Füzulinin sərhədyanı bölgələrində yaşayan insanlar Meydan TV-yə bildiriblər ki, hazırda baş verənlər onlara müharibəni xatırladır.


"Səhər tezdəndən başlayıb atışma, bildiyiniz müharibədir. Onlar atır, bizimkilər atır, atışmadır. Mən də səhər maşın tutub uşaqları gətirmişəm Beyləqanın Daşburun qəsəbəsinə. Amma mən çıxanda kənddə adamlar evində idi. Elə indi özüm də qayıdıram geriyə", – sakin deyib.


Başqa bir mənbə isə bildirir ki, bu gün dövlət qurumlarına işə gedənlərin əksəriyyətini evə qaytarıblar. Onlara ailələri ilə birlikdə olmaq tövsiyə edilib:


“Dedilər ki, birdən qadınları və uşaqları kəndlərdən çıxarmaq lazım olar”.

***


11.43.


Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama



yayıb



:


“Heç nə Ermənistanı Artsax (Qarabağ) xalqının azadlığını və hüququnu müdafiə etməyə dayandıra bilməz”.


Son məlumata əsasən, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış “Dağlıq Qarabağ Respublikası”nda səfərbərlik elan olunub.


Bu barədə separatçı “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Araik Arutyunyan “Facebook” səhifəsində



yazıb



. O, 18 yaşından yuxarı gəncləri hərbi xidmətə çağırıb və “parlament”in növbədənkənar iclasını elan edib:


“Biz həmişə müharibə tərəfdarı olmadığımızı bildirmişik, amma müharibəyə hazırıq”.

***


11.15

.

Azərbaycan Müdafiə Nazirliyi



bildirib



ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır:


"Bildiririk ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir".


Nazirlik



qeyd edib



ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib:


"Rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir. Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir. Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır".

***


10.35.


Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı



məlumat



a görə, nazirlik ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcək:


“Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”.

***


10.15

.

Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Ordusunun komandanı, general-mayor Jalal Harutyunyan



bildirib



ki, səhər saat 07: 10-da Azərbaycan qoşunları bütün təmas xətti boyunca hücuma keçib.


O bildirib ki, Azərbaycan qoşunlarının bir neçə istiqamətdə hücumları dəf edilib:


"Düşmən insan və texnika itkisinə məruz qalıb. Döyüşlər davam edir".


Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan erməni tərəfinin 2 Azərbaycan helikopteri və üç pilotsuz təyyarəsini vurduğunu bildirmişdi.


Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verərək bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusuna məxsus bir helikopteri vurub, ekipaj üzvləri salamatdır.

120302311_10157474708047724_782143575112801220_n.jpg
Cəbhə bölgəsi

***


9.48.


“Azərbaycan ordusu 27 sentyabrda, səhər tezdən Dağlıq Qarabağın mülki əhalisini və Xankəndini atəşə tutub”.


Bu açıqlamanı ”Dağlıq Qarabağ Respublikası”nın prezidentinin mətbuat katibi Vaqram Poqosyan “armenpress”ə



deyib



.


O, əhalini sığınacaqlara çağıraraq, onların da adekvat cavab verəcəyini bildirib:


“Baş verənlərə görə bütün məsuliyyəti Azərbayanın hərbi-siyasi rəhbərliyi, şəxsən Prezidenti İlham Əliyev daşıyır”.

***

120259933_10157474707972724_8258355346438956799_n.jpg
Cəbhə bölgəsi


9.27.


Müdafiə Nazirliyi yeni açıqlama



yayıb



. Bildirir ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu cəbhəboyu əks-hücum əməliyyatı başlayıb:


"Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.


Əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi vurulub".


Nazirlik bildirir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin də cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub. Amma həmin təyyarənin ekipaj üzvləri sağdır: "Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir".

***

120317219_359650278726944_4890259742561939456_n.jpg
Cəbhə bölgəsi


9.18.


Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulmasında bütün məsuliyyəti Azərbaycanın daşıdığını bildirib.


Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook“ səhifəsində


yazıb.


O bildirib ki, Azərbaycan hava və raket zərbələriylə Dağlıq Qarabağı hədəfə alıb:


“Erməni tərəfi Azərbaycanın iki helikopterini və 3 dronunu vurub. Döyüşlər davam edir”.


Türkiyənin TRT kanalı Azərbaycan ordusunun 1 saatdır erməni mövqelərini bombaladığı haqqında məlumat yayıb.


Ermənistan Xarici işlər Nazirliyi sözcüsü Anna Naghdalyan: “Bu gün səhər tezdən Azərbaycan tərəfi təmas xəttində paytaxt Stepnakert də daxil olmaqla dinc yaşayış məntəqələrini hədəf alan aktiv bir hücuma başladıb”.

***

120356982_2948523541920781_6487752337169544540_n.jpg
Cəbhə bölgəsi



9.05.



Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.


Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir.


Müdafiə Nazirliyinin məlumatında belə



deyilir



.


Nazirlik bildirib ki, cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək:


"Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq".

120188416_10157474733302724_7952902348240209779_n.jpg
Cəbhə bölgəsi

***

“Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb”.

Müdafiə Nazirliyinin sentyabrın 27-də yaydığı məlumatda belə

deyilir

. Bildirilir ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saat 6 radələrində genişmiqyaslı təxribat törədib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub:

“Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib”.

Müdafiə Nazirliyi bildirir ki, mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir:

“Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür”.

Goranboy sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, səhərəyaxın atışma başlayıb. Onlara səs Tap Qaraqoyunlu kəndi tərəfdən gəlir: “Həmin kənddəki qadın və uşaqlar dünən kənddən çıxarılıb. Naftalana yerləşdirilib. Hələ də atışma davam edir. Naftalanda istirahət mərkəzlərində olanlar səsdən tezdən yığışıb evlərinə dönürlər. Əhali arasında panika var”.

Ermənistan mətbuatı Azərbaycan tərəfin atəşkəsi pozduğunu iddia edir. Məlumatda Azərbaycana məxsus iki helikopterin vurulduğu bildirilir.

Ana səhifəSiyasətMN: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib (yenilənir)