Müdafiə Nazirliyi: Atəşkəs gün ərzində 145 dəfə pozulub

Cəbhədən iriçaplı silahların səsi gəlir

Source:


Cəbhədən iriçaplı silahların səsi gəlir

“Ermənistan silahlı bölmələri bir gündə atəşkəsi 145 dəfə pozublar”, – Müdafiə Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Məlumata görə, bu zaman 60, 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaraatanlardan (cəmi 68 mərmi) istifadə edilib:

“Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazaxdakı mövqeləri, Berd rayonundan isə Tovuzun Ağdam və Muncuqlu kəndləri atəşə tutulub”.

Nazirlik bildirir ki, Tərtərin işğal altında olan Göyarx, Çiləbürt, Ağdamın Qaraqaşlı, Şıxlar, Füzulinin Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri hədəf seçilib:

“Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-da əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Buna baxmayaraq tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu xəbərləri yayılır.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Atəşkəs gün ərzində 145 dəfə pozulub