Müdafiə etdiyi salonda mühakimə olunan vəkil (VİDEO)

Xalid Bağırov 10 ildən artıqdır ki, Vəkillər Kollegiyasının üzvüdür. O, siyasi proseslər hesab edilən 2 aprel hadisəsi iştirakçılarının, Vidadi İsgəndərovun,


İlqar Məmmədovun


, Hilal Məmmədovun, bloqqerlər


Əbdül Əbilovun


,


Ömər Məmmədovun


, “Nida”çılar –


Zaur Qurbanlı, İlkin Rüstəmzadə


, hüquq müdafiəçisi


Rəsul Cəfərov


və digərlərinin məhkəmə proseslərində vəkil qismində iştirak edib. 2010-ci ildən sırf cinayət işləri üzrə vəkillik təcrübəsi olan Bağırov müxtəlif dövrlədə cəza növü olaraq vəkillikdən uzaqlaşdırılıb. 10 dekabr 2014-cü il tarixində isə Vəkillər Kollegiyasından xaric edilib. Səbəb kimi İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsində etdiyi çıxışı göstərilib:


“Həmin çıxışımda demişəm ki, belə dövlətlər, belə məhkəmə olmaz. Ədalətli mühakimə olsaydı, birinci instansiyada işə baxan hakim Rəşid Hüseynov belə qərəzli, ədalətsiz hökm çıxara bilməzdi və hakim işləyə bilməzdi. Apellyasiya Məhkəməsində işə baxan məhkəmə kollegiyasına sədrlik edən Mirbahəddin Hüseynov Vəkillər Kollegiyasının rəyasət heyətinə müraciət etdi və orada qeyd elədi ki, ifadələrimlə məhkəmənin nüfuzuna xələl gətirmişəm, dövlətçiliyə qarşı çıxmışam”.

Çıxışdan sonra


Vəkillər Kollegiyası Bağırov barəsində intizam icraatı başladıb


. İntizam Komissiyası hakimin haqlı olduğuna qərar verib. 10 iyul 2015-ci ildə Nizami rayon Məhkəməsi, 13 iyul 2015-ci ildə isə İnzibati İqtisad Məhkəməsi Bağırovun əleyhinə qərar qəbul edib:


“Mənim bildirdiyim mövqe, Avropa Məhkəməsinin İlqar Məmmədov barədə bildirdiyi mövqedən qat-qat yumşaq mövqedir. Avropa Məhkəməsi qərarında birbaşa yazıb ki, İlqar Məmmədov heç bir cinayət törətməyib, onu sadəcə hakimiyyətə iddialı şəxs olduğu üçün, hakimiyyəti tənqid etdiyi üçün məhkəmələr qəsdən tutublar. Avropa Məhkəməsinin qərarına görə Azərbaycan məhkəmələri müstəqil deyillər. Eyni bir şeyi mən ifadə edib bildirmişəm ki, belə bir məhkəmə olar? Azərbaycanda ədalət mühakiməsi yoxdur”.

Xalid Bağırov cinayət işlərində vəkil olmaqdan uzaqlaşdırılsa da, Avropa Məhkəməsinə göndərilmiş işlərdə vəkil olaraq qalır. Lakin ona müvəkkilləri ilə görüşməyə icazə verilmir.


Bu ilin 31 Martında vəkillə Kürdəxanıda yerləşən istintaq təxridxanasına getsək də


, ona hüquq müdafiəçisi Rəsul Cəfərov və Leyla Yunusla görüşməyə icazə verilməmişdi.

Xalid Bağırov vəkillikdən uzaqlaşdırılan ilk vəkil deyil. Elçin Namazov, Aslan İsmayılov, Namizəd Səfərov,


Əlayif Həsənov da eyni problemlə üzləşən vəkillərdir


. Vəkillərə qadağalar hazırkı prezident İlham Əliyevin iqtidarı dönəmində baş verib.

Ana səhifəVideoMüdafiə etdiyi salonda mühakimə olunan vəkil (VİDEO)