“Mübarizə israfçılığa qarşı aparılmalıdır, ehsana qarşı yox”

QMİ əməkdaşı kampaniyayla bağlı qurumun mövqeyini açıqladı

Source:


QMİ əməkdaşı kampaniyayla bağlı qurumun mövqeyini açıqladı

“Hüzr məclislərində israfçılığın qarşısının alınması ilə bağlı mediadakı açıqlamalarda yalanla doğru bir müstəvidə təqdim edilir və bu da əhalidə narahatlığa səbəb olur”. Bunu “Turan İA”-a Qafqaz Müsəlmanları İdarəsindəki (QMİ) adını açıqlamaq istəməyən mənbə bildirib.

Mənbə qeyd edib ki, mübarizə israfçılığa qarşı aparılmalıdır, ehsana qarşı yox. QMİ istəsə belə ehsan verilməsini qadağan edə bilməz, çünki, bu, Allah əmridir və “Quran”da əksini tapıb. Hətta “Quran”da bir neçə ayədə ehsan verilməsi təşviq edilir. Eyni zamanda, yenə də “Quran”da israf pislənilir. Odur ki, insanlarımızın ehsanla israf arasında hədlərin harada başlayıb harada qurtarmasını bilməsi vacibdir.

“Biz ehsanı qadağan etməmişik, israfa qarşıyıq, odur ki, ehsan verilən yerdə iştirak etdiyinə görə din xadimlərinin cərimə olunması və ya olnacaqları kimi düşüncələr fantaziyadır. Sumqayıt, Gəncə kimi şəhərlərdə ehsan verilməsinin qarşısının alınması uydurmadır. Hətta Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov da hüzr məclislərinə icra qurumları təmsilçilərinin müdaxilələrini yolverilməz adlandırıb” –  – deyə mənbə bildirib.

QMİ-dəki mənbə prosesləri izlədiklərini, səbrlə yanaşdıqlarını, ehsana yanaşmalar düzəlmədiyi halda qurum olaraq mövqe açıqlayacaqlarını söyləyib.

Ana səhifəXəbərlər“Mübarizə israfçılığa qarşı aparılmalıdır, ehsana qarşı yox”