”Sovet dövründə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur”
“Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadiminə hər ay maddi dəstək göstərilir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlı
deyib.
Komitə sədri bildirib ki, maddi dəstək Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilir.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur: “Eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian – 21; yəhudi – 8; bəhai – 2; krişna – 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib”.
Bu il sentyabrın 1-dən
din xadimlərinə dövlət tərəfindən verilən maddi yardımlara sosial və vergi tutmalarının tətbiqi dayandırılıb.
Oktyabr ayında isə Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları verilib. Avtomobillər Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həyata keçirilib.
Sonradan daha 7 dini icmaya avtomobil veriləcəyi vurğulanırdı.
Sözügedən
Sərəncam
a uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.