”Sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var”
“Son vaxtlar baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bir çox daşıyıcıların istehsalat bazası yoxdur”.
Bunu daşıyıcılarla keçirilən görüşdə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.
“APA-Economics”-in məlumatına görə, Mübariz Abbasov deyib ki, aparılan araşdırmalar nəqliyyat sahəsində hələ də işlər öz qaydasında getmədiyini göstərir:
“Bu cür bazası olmayan daşıyıcıların avtobuslarının nə texniki müayinəsi, nə də sürücülərin tibbi müayinəsi həyata keçirilir. Bundan başqa, sürücüləri 8 saat əvəzinə 14-15 saat işlədən daşıyıcılar var. Bu problemi aradan qaldırmaq üçün sürücü bazası yaradılmalıdır”
Müşavir avtoparkların da standartlara cavab vermədiyini deyib.