Əlilliyi olan şəxslər gün ərzində istiliksiz və yeməksiz qalıblar
Dekabrın 9-da Mərdəkanda yerləşən Müalicə Pansionatında işıqlar söndürülüb. Bu barədə Meydan TV-yə hazırda pansionatda yaşayan əlilliyi olan şəxslər məlumat verib. Onların sözlərinə görə, səhər saatlarından söndürülən işıq hələ də verilməyib. Səbəb pansionatın “Azərişıq”a borcunun olmasıdır. Nəticədə gün ərzində əlilliyi olan şəxslər istiliksiz və yeməksiz qalıblar.
Pansionat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindədir. Nazirliyin “qaynar xətt”indən Meydan TV-yə bildirdilər ki, məlumatlıdırlar və tezliklə problemin həllinə çalışacaqlar.
“Azərişıq”dan elektrik enerjisinin dayandırılmasının səbəbi barədə məlumat verməkdən imtina edilib.