MTN-nin xarici ölkə vətəndaşlarından hansınasa viza verməməsi nəyin əsasında olacaq?

İlham İsmayıl: “Hansı parametrlər götürüləcək, əcnəbinin Azərbaycanı sevib-sevməməsi, çox qəribədir”

Source:


İlham İsmayıl: “Hansı parametrlər götürüləcək, əcnəbinin Azərbaycanı sevib-sevməməsi, çox qəribədir”

Xarici İşlər Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i ictimaiyyətdə birmənalı qarşılanmadı. Baxmayaraq ki, sənəd əcnəbilərə şamil olunmuşdu. Sənədin sual doğuran hissəsi Azərbaycana səfər etmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza (turistlərə verilən elektron viza istisna olmaqla) almaq üçün elektron qaydada müraciətinin və sənədlərinin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq viza rəsmiləşdirilməsi və ya viza rəsmiləşdirilməsindən imtina edilməsini əhatə edir. sorğu razılaşdırılma məqsədilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə göndərməsi ilə bağlıydı. Bildirilirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin rəyi alındıqdan sonra qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir. Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.

Sənədi Meydan tv-yə şərh edən MTN-nin sabiq zabiti İlham İsmayıl indiyə qədər belə bir hadisə ilə rastlaşmayıb: “Əslində, bu, düzgün deyil və adətən bu işlə Miqrasiya Xidmədi məşğul olur. Hətta başqa ölkələrdə də vizaların verilməsinə səfirliklər cavabdehdir və səfirliklər anındaca vizanın verilib-verilməməsi barədə qərar verirlər. Amerikadan kimsə Azərbaycana gəlir və səfirliyə müraciət edir, onlar da MTN-nə müracit edəcək? Bunu izah etmək çətindir. Sual yaranır, MTN-nin xarici ölkə vətəndaşlarından hansınasa viza verməməsi nəyin əsasında olacaq? Hansı parametrlər götürüləcək, əcnəbinin Azərbaycanı sevib-sevməməsi, çox qəribədir”.

Ana səhifəXəbərlərMTN-nin xarici ölkə vətəndaşlarından hansınasa viza verməməsi nəyin əsasında olacaq?