Rəşad Qasımov MTN-də çalışan generallardan birinin qohumu imiş
MTN-nin daha bir əməkdaşı işdən azad edildi. Bildirilir ki, nazirliyin Xaçmaz şöbəsinin Xudat bölməsinin rəisi Rəşad Qasımov sərəncama göndərilib. O, ötən gün nazirliyə gedib.
Faktı Xaçmaz icra başçısının Xudat şəhər nümayəndəsi Akif Mərdanov da təsdiqləyib.
Onun MTN-də çalışan generallardan birinin qohumu olduğu deyilir.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb (ANS).