Sahibkar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib
Ötən il ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var.
Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, hazırda həbsdə olan MTN-nin Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə qorxu yolu ilə alıblar.
Məmmədov bununla bağlı müvəkkilinin Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirildiyini söyləyib: “Faktla bağlı araşdırma başlanılıb”. (
APA
)