MTN-in sabiq şöbə rəisi barəsində həbs-qətimkan tədbiri seçilib

Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib

Source:


Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M.Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Ana səhifəXəbərlərMTN-in sabiq şöbə rəisi barəsində həbs-qətimkan tədbiri seçilib