MTN 9 narkodileri həbs edib

Həbs olunanlar İrandan 32,8 kiloqram narkotik gətirirmiş

Source:


Həbs olunanlar İrandan 32,8 kiloqram narkotik gətirirmiş

MTN İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana 32,8 kq narkotik keçirmək cəhdlərinin qarşısının alındığı barədə məlumat yayıb. Ümumilikdə 9 nəfər saxlanılıb.

MTN-in ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Azərbaycan vətəndaşı Abbasov Qabil saxlanılıb, avtomobilinin baqaj yerində 220 qram heroin, 1 kq 700 qram tiryək, 4 kq 337 q həşiş və 7 kq 300 q marixuana aşkar edilib.

Başqa bir əməliyyat nəticəsində yenə Azərbaycan vətəndaşları Ağayev Əlikram, Əhmədov Tahir, Nuriyev Ümid saxlanılıb. Onlardan 9 kq 900 qram tiryək götürülüb.

Saxlanılan Əsədov Etibar, Həsənov Toğrul, Əliyev Anar və Nəcəfov Anardan 4 kq tiryək və 3 kq qurudulmuş marixuana götürülüb.

Daha bir saxlanılmış şəxs – Məlikov Vurğundan 1 kq 500 qr tiryək götürülüb.

Faktlarla bağlı cinayət işləri açılıb, yuxarıda adı çəkilən şəxslər həbs edilib.

Ana səhifəXəbərlərMTN 9 narkodileri həbs edib