MTN 4 qaçaqmalçını həbs edib

Həbs olunan şəxslərin cinayət əməllərinin ittihamda olanlarla məhdudlaşmadığına görə bu şəxslərin əməllərindən zərər çəkən şəxslərin MTN-in ərazi orqanlarına müraciət emələri xahiş olunur

Source:


Həbs olunan şəxslərin cinayət əməllərinin ittihamda olanlarla məhdudlaşmadığına görə bu şəxslərin əməllərindən zərər çəkən şəxslərin MTN-in ərazi orqanlarına müraciət emələri xahiş olunur

Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində 4 nəfər həbsə alınıb. Xəbərə görə, bu şəxslər qanunsuz odlu silahın, onun hissələrinin, döyüş sursatının əldə olunması, saxlanması, qanunsuz gəzdirilməsində, habelə İrandan Azərbaycana qaçaq yolla narkotik vasitələr keçirməkdə ittiham edilirlər. Həbs olunan Azərbaycan vətəndaşları Aftandil Mehdiyev, Zaur Mehdiyev, Rauf Mirzəyev və Namiq Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu şəxslərin yaşadıqları evlərə və üzərinə baxış zamanı 2 ədəd “Makarov” tapançası, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd “Naqan” tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və s. qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, qurudulmuş marixuana və s. aşkar olunaraq götürülüb.

MTN-in İstintaq Baş İdarəsi cinayətdə təqsirli bilinən şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və  234.4.3-cü (bir qrup şəxsin külli miqdarda narkotik vasitə əldə etməsi), 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz odlu silah, hissələri, döyüş sursatı) əldə etmək maddələrilə cinayət işi başlanıb.

Xəbərdə cinayət işinin bütün hallarının araşdırılması, digər iştirakçıların müəyyən olunması yönündə istintaq-əməmliyyat tədbirlərinin davam etdirildiyi qeyd olunur.

Həbs olunan şəxslərin cinayət əməllərinin ittihamda olanlarla məhdudlaşmadığına görə bu şəxslərin əməllərindən zərər çəkən şəxslərin MTN-in ərazi orqanlarına müraciət emələri xahiş olunur (Turan IA).

Ana səhifəXəbərlərMTN 4 qaçaqmalçını həbs edib