MSŞT Şahmar Mövsümovu ittiham etdi

Çoxtərəfli Qrupun iclası baş tutmayıbÇoxtərəfli Qrupun iclası baş tutmayıb

Source:
Şahmar Mövsümov foto sosial şəbəkə


Çoxtərəfli Qrupun iclası baş tutmayıb

Fevralın 2-də Mədən Sənayesində Şəffafıq Təşəbbüsü (MSŞT) üzrə Çoxtərəfli Qrupun növbəti toplantısı olub. İclasa MSŞT üzrə Komissiyanın rəhbəri Şahmar Mövsümov sədrlik edib.

Toplantı barədə Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası Şurası açıqlama yayıb.

Açıqlamada bildirilir ki, MSŞT-nin 1.4.-cü standartın a) bəndinə görə, “hökumətdən vətəndaş cəmiyyəti və şirkətlərlə işləmək və MHŞT-nin tətbiqinə nəzarət etmək üçün Çoxtərəfli Qrup təşkil etmək tələb olunur:

“Çoxtərəfli Qrupu təşkil edən hökumət qrupda iştiraka dəvətin açıq və şəffaf olmasını, maraqlı tərəflərin təmsil olunmalarını təmin etməlidir. Hər bir maraqlı tərəf plüralist və dəyişkən təmsilçilik istəyini nəzərə alaraq, öz nümayəndəsini seçmək hüququna malik olmalıdır. MHŞT-yə Çoxtərəfli Qrupun üzvləri kimi cəlb edilmiş vətəndaş cəmiyyəti qrupları əməliyyat və siyasət baxımından dövlətdən və yaxud digər şirkətlərdən azad olmalıdırlar. MSŞT Standartının, Anlaşma Memorandumuna və Çoxtərəli Qrupun fəaliyyətinə dair reqlamentə uyğun olaraq hər il Çoxtərəfli Qrupun tərkibi yenilənir və təsdiq olunur. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının qüvvədə olan Əsasnaməsinə və Çoxtərəfli Qrupda Koalisiya üzvlərinin fəaliyyəti Reqlamentinə görə Çoxtərəfli Qrupda Koalisiya təmsiçilərinin fəaliyyət və səlahiyyət müddəti 1 ildir. Reqlamentə görə Çoxtərəfli Qrup üzvlərinin seçkisi hər ilin başlanğıcında olan Şura iclasında yenidən aparılır”.

Açıqlamada deyilir ki, MSŞA Koalisiya Şurası MSŞT standartlarına, tərəflər arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna, Koalisiyasının Əsasnaməsinə və Çoxtərəli Qrupun (ÇTQ) fəaliyyətinə dair reqlamentə əməl edərək Çoxtərəfli Qrup-a 6 nəfərlik yeni heyət seçərək bu barədə müvafiq sənədlər MSŞT katibliyinə təqdim etsə də, fevralın 2-də Çoxtərəfli Qrupun iclasına MSŞT Katibliyi yeni üzvlərlə yanaşı səlahiyyət müddəti bitmiş keçmiş üzvlərin də dəvət olunduğunu qeyd edib:

“İki köhnə və altı yeni üzvün iştirakı ilə təşkil edilən iclasın gedişində əvvəlcədən üzvlərə göndərilmiş gündəliyin təsdiqinə Çoxtərəfli Qrupun keçmiş üzvü Əliməmməd Nuriyevin israrla mane olması gündəlik ətrafında gedən müzakirələri 1 saata qədər uzadaraq səmərəsiz müstəviyə gətirib çıxarıb. Bununla yanaşı, iclasda Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov quruma üzv olmayan kənar şəxsin iştirakına şəraitin yaradılması və onun təkidi ilə gündəliyin dəyişdirilməsi MSŞT Koalisiyasının 30 aprel 2016- cı il tarixli Ümumi Yığıncağının və Koalisiya Şurasının 20 yanvar qərarlarını şübhə altına alıb. İclasın belə şəraitdə keçirilməsi mümkünsüz olduğundan yeni seçilmiş Şura üzvləri oranı tərk edib. Beləliklə də, Çoxtərəfli Qrupun 2 fevralda təşkil olunan iclası baş tutmayıb”.

MSŞA Koalisiya Şurası hesab edir ki, Çoxtərəli Qrupun iclasının bu tərkibdə təşkil edilməsi və iclasın gündəliyinin ÇTQ üzvü olmayan, səlahiyyət müddəti bitmiş 1 nəfərin təzyiqləri altında dəyişdirilməsi MSŞT standartının 1.4. a) bəndinin, Anlaşma Memorandumunun və Çoxtərəli Qrupun fəaliyyətinə dair reqlamentin tələblərinə tamamilə ziddir. Eyni zamanda belə mövqe QHT Koalisiyanın müstəqil və hakimiyyət yönlülərdən ibarət olan iki yerə bölünməsinə, orada olan hakimiyyət yönlülərin ÇTQ-də təmsilçiliyini təmin etməklə müstəqil vətəndaş cəmiyyəti üzvlərini bu prosesdən kənarda saxlanılmasına və səsinin boğulmasına xidmət edir. Bu isə martın 8-9-da Boqotada keçiriləcək MSŞT üzrə Beynəlxalq İdarə heyətinin iclasında Azərbaycanın mövqeyini daha da zəiflədir.

“Ona görə MSŞA QHT Koalisiyası Çoxtərəfli Qrupun sədrini, MSŞT Katibliyini beynəlxalq standartlara, Anlaşma Memorandumuna və Çoxtərədli Qrupun fəaliyyətinə dair reqlamentə uyuğun olaraq Koalisiyanın qərarlarına hörmətlə yanaşmağa, Koalisiyanın iradəsini ifadə edən seçilmiş təmsilçilərin Çoxtərəfli Qrupda fəaliyyətinə və mövqelərinin nəzərə alınmasına şərait yaratmağa çağırır. MSŞA QHT Koalisiyası həmçinin vətəndaş cəmiyyətinin maraqları naminə kompromislərə hazır oluğunu da bəyan edir”,-deyə açıqlama bu fikirlərlə yekunlaşır.

Ana səhifəXəbərlərMSŞT Şahmar Mövsümovu ittiham etdi